Elçin Hüseynli Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

