İndiyədək 13 kilometrə yaxın dövlət sərhədi delimitasiya edilib - Ceyhun Bayramov
Ermənistanla 13 kilometrə yaxın dövlət sərhədi delimitasiya edilib, o ərazilərdə demarkasiya işləri də görülüb.
Xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, aparılan işin ilkin müsbət nəticələri müşahidə olunub.
"Delimitasiya prosesi istiqamətində iki ölkə arasında iş gedir. Hər iki ölkə səviyyəsində bununla bağlı komissiya yaradılıb.Çoxsaylı normativ aktlar da qəbul edilib. Bəlli bir razılaşmalar əldə edilib ki, delimitasiya şimaldan cənuba doğru davam edir. Sülh sazişinin yekunkaşdırılması ilə Azərbaycan tərəfinin üzərinə düşən bütün işlər tamamlanıb", - deyə o bildirib.//Trend

