Sabunçu və Səbail rayonlarının bəzi qəsəbələrinin qaz təchizatı dayandırılacaq

Bakının Sabunçu və Səbail rayonlarının bəzi qəsəbələrinin qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 18-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan, Maştağa qəsəbələrinin, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.