Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib
Bu gün Azərbaycandan Ermənistana göndərilən 984 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Yerveinsan.az xəbər verir ki, 17 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
İndiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

