Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
İyunun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksəksəviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

