Bərgüşad su anbarının tikintisinə başlanılacaq

Qubadlıda Bərgüşad su anbarının tikinti-quraşdırma işlərinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulur.

Yerveinsan.az bildirir ki, bunu Trend-ə açıqlamasında Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib.

O bildirib ki, layihə hazırda tender mərhələsindədir və müvafiq prosedurlar tamamlandıqdan sonra tikinti işlərinə start veriləcək.

 M.Adıgözəlovun sözlərinə görə, eyni zamanda Xankəndi şəhərinin su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin yenidən qurulması ilə bağlı layihələndirmə işləri davam etdirilir.

“Ağdam–Xankəndi–Şuşa magistral yolunun tikintisi ilə əlaqədar olaraq hazırda Xankəndi şəhərinin əsas daşıyıcı kanalizasiya kollektorunun inşası da həyata keçirilir.Hazırda diametri 1200 millimetr olan əsas daşıyıcı kanalizasiya kollektorunun tikinti işləri davam edir”, -deyə idarə rəisi əlavə edib.