Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti buğda yükü göndərilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti buğda yükü göndərilib.

 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.