Azərbaycan müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Slovakiyaya səfəri davam edir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Slovakiya Respublikasında rəsmi səfərdə olan Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.

 Sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və "Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.