Test imtahanında müvəffəqiyyət əldə edən şəxslərə şəhadətnamələr verilir
Müraciət edən şəxslər şəhadətnaməni almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Dövlət İmtahan Mərkəzi tərəfindən 7 aprel 2026-cı il tarixində taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç. 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
Yerveinsan.az xəbər verir ki, şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

