Güclü qar Qubada fəsadlar törədib - VİDEO

Qubanın Buduq, Zeyid, Qabqazma və Pirüstü yaşayış məntəqələrinə güclü qar yağıb. Nəticədə elektrik dirəkləri sıradan çıxıb və yollar bağlanib.

Kəndə xüsusi maşınlarla gedən sakinlər də yolda qalıblar.

Kənd sakinləri yolları öz gücləri ilə təmizləməyə çalışsalar da, hələlik hərəkət mümkün deyil.

Sakinlərin sözlərinə görə, elektrik xəttlərinə də ziyan dəyib. Artıq iki gündür kənddə işıq yoxdur.

Qeyd edək ki, hazırda Buduq, Qabqazma və Pirüstü yaşayış məntəqələrində gediş-gəliş tam məhdudlaşıb. Zeyid kəndində də yollar bağlı qalır.

Xınalıq Bələdiyyəsinin məlumatına görə, yağıntıların yaratdığı fəsadlar mərhələli şəkildə aradan qaldırılacaq və bu istiqamətdə işlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.