Bayram günlərində banklar və "Azərpoçt" işləyəcək
20-30 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 180 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərinin iş qrafiki:

