Texas mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

ABŞ-nin Texas Dövlət Xəbərləri saytında (texasstatenews.net) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) rəhbəri Samir Novruzovun müəllifi olduğu məqalədə Xocalı qətliamından geniş bəhs edilib.

Yazıda Ermənistan silahlı qüvvələrinin Xocalıdakı əməllərinin mülki şəxslərin müdafiəsi prinsiplərinə əsaslanan Cenevrə Konvensiyaları kimi beynəlxalq sənədlərlə ziddiyyət təşkil etdiyi vurğulanıb. Siyasi aktorların və beynəlxalq ictimaiyyətin vaxtında və sülh yolu ilə həll mexanizmləri tapa bilməməsinin soydaşlarımıza qarşı zorakılıqlara zəmin yaratdığı qeyd olunub.

Sonda vurğulanıb ki, əgər bəşəriyyət doğrudan da Xocalı həqiqətlərindən nəticə çıxararsa, bu cür amansız qırğınların təkrarlanmasının qarşısını almaq mümkün olar.