Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +17 dərəcədən +20 dərəcəyədək, gündüz +20 dərəcədən +23 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +15 dərəcədən +19 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədə kolacaq.