Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

Avqust ayının 31-də Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.
N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.