Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülh istiqamətində atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin irəliləməsindən məmnun olduğunu bildirib, Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyi davam etdirəcəyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılması istiqamətində addımların dəyərləndirildiyini qeyd edib.//Azərtac