DİN: Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Avqustun 30-da və 31-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Həmçinin dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.