Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +29 dərəcədən +33 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 35-40% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +34 dərəcədən +39 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.