Prezident İlham Əliyev “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə paylaşım edib (FOTO)

Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!"