Xocavənd və Ağdərədə baş verən yanğınlar söndürülüb

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.