"Sədərək" ticarət mərkəzindəki yanğınla bağlı yollarda təhlükəsizlik tədbirləri görülür

"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.

Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, "Sədərək "Ticarət Mərkəzində baş vermiş yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.

 "Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir, yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.

Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər", - deyə bildirilib.