Meyvə aromalı qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb

Yaponiyadan Azərbaycana idxal olunan 126 kq 360 ədəd “DR. PEPPER CAN 350G” əmtəə nişanlı və 120 kq, 240 ədəd “GRAPE 500ML” əmtəə nişanlı meyvə aromalı qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.
Yerveinsan.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 52,8 kq, 120 ədəd südlü içki, 36 kq, 72 ədəd qazsız təbii su, 22,56 kq, 48 ədəd alkoqolsuz içki, 14,4 kq, 18 ədəd meyvə şirəsi, 24 kq, 48 ədəd “CALPIS THE RICH 490ML” əmtəə nişanlı, 20,64kq, 48 ədəd“CALPIS BODY CALPIS BIO P430ML” əmtəə nişanlı, 24 kq, 48 ədəd “MITSUYA EXTRA RICH ORANGE SQUASH P500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA TOKUNO GRAPE SQUASH 500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA TOKUNO PEACH SQUASH P500ML” əmtəə nişanlı alkoqolsuz içki məhsullarının istifadə müddətinin bitdiyi müəyyən olunub.
"Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib", - qurumdan əlavə olunub.