FHN Göyçayda baş verən zəlzələ ilə bağlı məlumat yayıb

Göyçayda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Bu barədə FHN-in İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 09.08.2025-ci il tarixində yerli vaxtla saat 11:03-də İsmayıllı stansiyasından 35 kilometr cənub-qərbdə - Göyçay rayonu ərazisində 4 maqnituda zəlzələ qeydə alınıb.