Paytaxtın Nərimanov rayonu ərazisində hərəkət qismən məhdudlaşdırılacaq

Paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avqustun 2-si saat 08:00-dan avqustun 3-ü saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Aparılacaq cari təmir işləri ilə əlaqədar sürücülərdən qeyd olunan hissədə hərəkət edərkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.