Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda yerüstü piyada keçidi inşa olunur

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində sözügedən yolun 19,5-ci kilometrində yerüstü piyada keçidi inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, iki giriş-çıxışdan ibarət olan keçid ümumi uzunluğu 59,8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin eni isə 2 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid üstüaçıq dəmir-beton konstruksiyalıdır. Keçiddə 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq. Layihə çərçivəsində piyada keçidinin sol və sağ dayaqlarının təməlləri tam şəkildə tikilib, hazırda keçidin sağ dayaqlarının sütunlarının tikintisi işləri aparılır.