Paşayeva Simuzər ilə bağlanmış əmək müqaviləsi ləğv edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılıb.

Bu barədə  BŞTİ-dən məlumat verilib.

Bidirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində
202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.