Aran rayonlarında 41 dərəcəyədək isti qeydə alınır – FAKTİKİ HAVA

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan Muxtar Respublikasında 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 22-si saat 10:00-a olan faktiki havaya dair açıqladığı məlumatda bildirilib.
Qeyd edilib ki, xidmətin bu gün saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 millimetrdir.
İyulun 21-də isə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti saniyədə Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəçevirdə 16 metrədək güclənib.