1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məluma dərc edilib.

Bu barədə ANAMA məlumat yayıb.

 Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.