Kürdəmir rayonunda zəhərlənmə şübhəsi ilə 17 nəfər xəstəxanaya yerləşdirilib

İyulun 19-da saat 23:30 radələrində Kürdəmir rayonunda zəhərlənmə şübhəsi ilə 17 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, hospitalizasiya olunan şəxslərdən 7-si kişi, 10-u qadındır. Onların arasında 2 azyaşlı uşaq da var.
Pasiyentlərə xəstəxanada zəruri tibbi yardım göstərilib, səhhətləri nəzarətə götürülüb. Müayinələrin nəticəsinə əsasən, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb, müvafiq qurumlar tərəfindən araşdırma aparılır.