İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb - 41 dərəcə isti

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 Havanın temperaturu gecə +21 dərəcədən +26 dərəcəyədək, gündüz +33 dərəcədən +37 dərəcəyədək olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +22 dərəcədən +26 dərəcəyədək, gündüz +36 dərəcədən +41 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +27 dərəcədən +32 dərəcəyədək olacaq.