Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşəcək.

Görüş saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (055) 655 57 65, (020) 265 33 04, [email protected],[email protected]) müraciət etmələri xahiş olunur.