Səməd Vəkilov Qərbi azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb

Səməd Vəkilov Qərbi azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb.
Yerveinsan.az xəbər verir ki, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin icrasına başlayıb. Bu barədə QHT.az-a təşkilatın sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Qərbi Azərbaycandan məcburi köçürülərək Salyan rayonunda məskunlaşmış icmaların tarixi və mədəni irsinin araşdırılması, qorunması və ictimaiyyətə tanıdılmasıdır.
“Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deportasiya olunan və Salyanda məskunlaşan şəxslərin həyat hekayələrinin toplanması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfədir. Bu icmaların qeyri-maddi mədəni irsinin öyrənilməsi və sənədləşdirilməsi milli kimliyin qorunması baxımından vacibdir” – deyə Səməd Vəkilov bildirib.
Layihə çərçivəsində deportasiya olunan icmalarla bağlı kitab hazırlanacaq. Eyni zamanda Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri, maddi və qeyri-maddi mədəni irsi, toponimlərin dəyişdirilməsi, dini və tarixi abidələrin dağıdılmasını əks etdirən 5 televiziya verilişi çəkiləcək.
Qeyd edək ki, layihənin icra müddəti 4 aydır.