Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

Yerveinsan.az xəbər verir ki, 01 iyul 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Mərkəzi Rəqəmsal Repozitoriya" layihəsinin ilkin görüşü keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində pilot olaraq seçilmiş 11 iştirakçı müəssisədə elmi və akademik məlumatların toplanacağı, qorunacağı və açıq şəkildə istifadəsinin təmin olunacağı müasir rəqəmsal məlumat bazaları yaradılacaq və inkişaf etdiriləcəkdir.

Yaradılacaq repozitoriyalarda nəşr olunan elmi jurnallar, dərc olunan elmi işlər, konfrans materialları, kitablar, müxtəlif layihələr haqqında məlumatlar, eləcə də müəlliflərə dair məlumatlar toplanacaq.

Sözügedən resurslar məzmun təkrarçılığının və intellektual hüquqların pozulmasının qarşısını almağa, gənc tədqiqatçılar üçün ilk platforma rolunu oynamağa və yerli müəlliflərin elmi nəticələrinin görünürlüyünü artırmağa xidmət edəcək.

Layihənin sonunda bu məlumat bazaları Elm və Təhsil Nazirliyinin nəzdində qurulacaq mərkəzi platformaya inteqrasiya ediləcək və qlobal axtarış sistemlərində əlçatan olacaqdır.