Ceyhun Bayramov parlament seçkisində səs verdi

Azərbaycanda növbədənkənar parlament seçkisində səsvermə prosesi davam edir.

 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verib.

C.Bayramov prosedurlara uyğun olaraq, qeydiyyatdan keçib, seçki bülletenini alıb. Daha sonra kabinəyə keçərək öz namizədinə səs verib və bülleteni qutuya atıb.