"Fənərbaxça"da yeni yarımmüdafiəçi - rəsmi

"Fənərbaxça" yeni mövsüm üçün ilk transferini edib.
İstanbul təmsilçisi ötən mövsüm "Volfsburq"un əvəzedici komandasında oynayan Murat Sağlamı heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb.
Türkiyənin U-21 millisinin üzvünün Almaniya klubu ilə müqaviləsi başa çatdığı üçün "Fənərbaxça" təzminat ödəməyib.