Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan mina SAYI
Azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib
Bu barədə “X” hesabında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatı ilə bağlı paylaşımda bildirib.
Həmçinin 527,6 hektar ərazi minadan təmizlənib.

