Sabunçu və Qaradağ rayonlarında oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları Maştağa qəsəbəsində bir evin həyətindən 3000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından ümumilikdə 1482 manat pulu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini də Cabir Əsgərov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.