Sabah Bakıda 33 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bululdlu, yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.