Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib
Mayın 4-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan Yerveinsan.az-a bildirilib ki, hərracda tələb 30,6 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

