Göyçayda 24 yaşlı oğlan sirkə turşusu içib

Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.

Hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb.

Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib.

M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

 
Faktla bağlı araşdırma aparılır.