Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 7 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8161 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1022 manat, 1 Rusiya rublu 0.0275 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5782 manatdır.