İslam İnkişaf Bankı Qrupunun nümayəndəsi ilə görüş keçirilib
Misirdə işgüzar səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı Qrupunun İqtisadiyyatın Gücləndirilməsi Fondunun direktoru Nabil Ghalleb ilə görüşüb.
Agentlikdən verilən məlumata görə, görüşdə alternativ maliyyələşdirməyə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

