Pərviz Şahbazov: Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq
İyunun 4-də Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq.
Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır: “Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunda böyük potensialı mövcuddur”.

