“Ekspert saatı”nın növbəti buraxılışında Əli Əliyev və Azər Şükürov sualları cavablandıracaq
Yerveinsan.az xəbər verir ki, 3 iyun tarixində saat 16:00-17:00 aralığında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Facebook səhifəsində “Ekspert saatı”nın növbəti buraxılışı canlı yayımlanacaq.
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Azər Şükürov aşağıdakı mövzular ətrafında sualları cavablandıracaq:
-Geoloji kəşfiyyat işlərinin yeni strategiyasının əsas prinsipləri;
-Dağ mədən sektorunda aparılan islahatlar, görülən işlər və perspektivlər;
-Yer təki sahələrinin hərrac yolu ilə istifadəyə verilməsi, bu sahədə problemlər və yeniliklər.

