Milli Məclisin iclasında Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi təsdiq edilib

 

Milli Məclis Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyini təsdiqləyib.

 Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Tapdıq oğlu Gülməmmədovun namizədliyi məsələsi müzakirə edilib.

Deputatlar Vüqar Gülməmmədovun namizədliyini dəstəkləyiblər.