Rusiyadan sülhməramlı qüvvələri gətirən təyyarələr yola düşüb

Rusiyanın Ulyanovsk şəhərindən Dağlıq Qarabağa rusiyalı sülhməramlıları gətirən 4 İl-76 təyyarəsi yola düşüb.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, daha sonra daha 5 təyyarə yola düşəcək:

 
“Təyyarələrin göyərtəsində sülhməramlı birliyin şəxsi heyəti, avtomobil texnikası, zirehli transportyorlar və digər vasitələr olacaq”.

Ümumilikdə sülhməramlı kontingentdə 1 960 hərbi qulluqçu, 90 ZTR, 380 avtomobil və xüsusi texnika yer alacaq.//Trend