Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - MN

Erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.