“Bakı Metropoliteni” QSC metroda baş vermiş problemlə əlaqədar məlumat yayıb

“Bakı Metropoliteni” QSC noyabrın 24-də səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb.

Strategiya.az QSC-nin saytına istinadla xəbər verir ki, məlumatda “Neftçilər”-“Qara Qarayev” mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkətinin “Nəriman Nərimanov”-“İçərişəhər”, “Nəriman Nərimanov”-“Dərnəgül” və əks istiqamətdə təşkil edildiyi bildirilib.

Qeyd olunub ki, hazırda “Ulduz”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.