Sadiq Qurbanov: “Akademik Zərifə Əliyeva sadəlik və mərhəmət rəmzi idi”

 Görkəmli alim akademik Zərifə xanım Əliyevanın anım günü münasibəti ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov paraqraf.coma açıqlama verib. Onun sözlərinə görə, akademik Z.Əliyeva həyatı və fəaliyyəti hamımız üçün bir nümunədir: "O, həm alim həm ana. Həm də həyat yoldaşı kimi mükəmməl qadındır.O, Azərbaycan xanımının ən gözəl nümunəsidir. Təsadüfi deyil ki, onun xatirəsi həmişə ehtiramla yad edilir. Ulu öndər Heydər Əliyev mərhum həyat yoldaşı haqqında dediyi aşağıdakı fikirləri onun xarakterik xüsusiyyətlərini səciyələndirir. böyük sevginin təzahürüdür. Ümummili Lider Heydər Əliyev: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”