Sadiq Qurbanov: “Prezidentin Gürcüstan səfəri Qafqadakı yeni reallıqların təzahürüdür”

 Prezident İlham Əliyevin Gürcüstana səfərini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov paraqraf.coma açıqlama verib. Onun sözlərinə görə, Qafqazın enerji təhlükəsizliyinin və siyasi sabitliyinin qarantı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Dövlət başçısının səfərdə səsləndirdiyi kimi Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir.