Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Konstantinos Tasoulasa


Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2026-cı il